ABŞ-ın Ədliyyə Nazirliyi Beynəlxalq Olimpiya Komitəsi və ölkənin Milli Olimpiya Komitəsində fırıldaqçılıqla bağlı istintaqa başlayıb. Apasport.az saytının məlumatına görə, qurum əsasən böyük yarışların ev sahiblərinin müəyyənləşməsi zamanı yaşanan qayda pozuntularından şübhələnir.
İstintaq prosesinə Rusiyaya 2014-cü il Qış Olimpiya Oyunları və futbol üzrə DÇ-2018-in verilməsi də daxil edilib. ABŞ-ın atletika üzrə DÇ-2021 və Olimpiada-2028-in təşkilatçılıq hüququna yiyələnməsinə də şübhələnən nazirlik bu yarışlarla bağlı sənədləri yoxlamaq istəyindədi.
Atletika üzrə DÇ-2019-un Dohada keçiriləcəyi də istintaqdan yayınmayacaq.
Qeyd edək ki, atletika hər 2 çempionatla bağlı Fransa prokurorluğu da araşdırmalara başlayıb.
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb