Sabiq dünya çempionu Vladimir Kliçko Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidentliyinə yaxın olub. Apasport.az saytının məlumatına görə, bu, qurumun Dubayda keçirilən iclasında üzə çıxıb.
İcraiyyə Komitəsinin yığıncağında aparılan müzakirələr zamanı bəlli olub ki, AİBA prezidentliyindən kənarlaşdırılan Çinq-Kuo Vu Kliçko ilə bağlı böyük planlar qurubmuş. Öncə onu AİBA-nın vitse-prezidenti vəzifəsinə gətirmək istəyən sabiq qurum rəhbəri veteran boksçunun Ukrayna Həvəskar Boks Assosiasiyasının başına keçməsini də planlaşdırıb. Bundan sonra İcraiyyə Komitəsinə üzv olmaq və səs vermək hüququ qazanacaq Kliçko isə öz növbəsində Vuya dəstək olacaqdı. Sonra sabiq prezident öz postunu ukraynalıya vermək niyyətində idi.
Qeyd edək ki, AİBA-nın öncə İntizam Komissiyası, sonra isə İcraiyyə Komitəsi Vunu rəhbərlikdən azad edib.
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM