Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) daha bir memorandum imzalayıb. Apasport.az saytının məlumatına görə, ölkəmizdə dopinqə nəzarət edən qurum bu dəfə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti ilə anlaşıb.
Belə ki, tərəfin heyəti arasında görüş keçirilib. Tədbirdə ölkə ərazisinə dövlət sərhədindən dopinq vasitələrinin qanunsuz keçirilməsi və antidopinq qayda pozuntusu məsələləri müzakirə edilib, təmiz idmanın inkişafı üçün iki qurum arasında sıx əməkdaşlığın həyata keçiriləcəyi vurğulanıb.
Əməkdaşlıq çərçivəsində antidopinq qaydalarına əsasən barəsində araşdırmalar aparılan idmançılar və idmançılara dəstək heyəti, onların ölkəyə giriş-çıxışı haqqında və digər məlumat mübadiləsinin aparılması razılaşdırılıb.
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb