“2017-ci il Azərbaycan idmanı üçün uğurlu olub. Qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib, medalların sayı artıb". Apasport.az saytının məlumatına görə, bunu 2017-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə gənclər və idman naziri Azad Rəhimov deyib.
Nazir Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) keçirilən tədbirdə bildirib ki, Azərbaycan idmançıları il ərzində 234 beynəlxalq yarış, o cümlədən dünya və Avropa çempionlarında iştirak ediblər: “Respublikamızda isə 2019 daxili yarış təşkil olunub. Azərbaycan 55 beynəlxalq yarışa ev sahibliyi edib. Təbii ki, bu yarışların içində ən mühümü IV İslam Həmrəyliyi Oyunları olub".
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb