[b]Azərbaycan boks tarixində yeni uğur[/b]
09.06.2014 - 08:08
[b]Azərbaycan boks tarixində yeni uğur[/b]

Rumıniyanın paytaxtı Buxarestdə boks üzrə qadınlar arasında Avropa çempionatına yekun vurulub. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, komandamız yarışda 1 qızıl və 1 bürünc medala sahib olub.

 

69 kq çəki dərəcəsində mübarizə aparan Yelena Vıstropova analıq məzuniyyətindən sonra ilk yarışa çıxsa da, ümidləri doğruldub. Dünya çempionatının gümüş mükafatçısı finalda İngiltərə boksçusu Steysi Kouplendlə üz-üzə gəlib. Bu dəfə də inamlı qələbə qazanan boksçumuz Avropa çempionu tituluna layiq görülüb.

 

75 kq çəki dərəcəsində çıxış edən Leyla Cavadova isə yarımfinalda Sarah Şoyriçə uduzaraq, bürünc medalla kifayətlənib.

 

Qeyd edək ki, Vıstropova Azərbaycan boks tarixində qadınlar arasında ilk Avropa çempionu olub.