[b]Azərbaycan çempionatı başlayır[/b]
25.01.2018 - 21:26
Yanvarın 26-da böyüklər arasında boks üzrə Azərbaycan çempionatına start veriləcək. Boks Mərkəzində təşkil olunacaq yarışda 10 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.
Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 39 komandanın 203 kişi boksçusu qatılacaq. Döyüşlər saat 14:00-da başlanacaq. Qaliblərin adına isə yanvarın 30-da aydınlıq gələcək.
Qeyd edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
0
0