Rusiyanın paytaxtı Moskvada Mixail Botvinnikin xatirəsinə həsr olunmuş beynəlxalq turnir başa çatıb. Apasport.az saytının məlumatına görə, 14 yaşadək qızlar və oğlanlar arasında təşkil olunan yarışda azərbaycanlı zəka sahibi də fərqlənib.
Belə ki, zərif cinsin nümayəndələri arasında mübarizə aparan Gövhər Beydullayeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Həmyerlimiz keçirdiyi 10 oyunun hamısında rəqiblərini mat edib – 10 xal. İkinci yeri tutan Məryəm Mkrtçyan (Ermənistan) Beydullayevadan 3,5 xal geri qalıb. İlk “üçlüy”ü qapayan Yuliya Xeqay (Özbəkistan) isə cəmi 6 xal toplayıb.
Oğlanların turnirində zəkasını yoxlayan Aydın Süleymanlı 5,5 xal toplayıb və 6-cı yeri tutub.
Qeyd edək ki, 11 turdan ibarət turnirdə 11 şahmatçı mübarizə apardığından hər turda bir zəka sahibi istirahət edib.
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM