Kiprin Larnaka şəhərində taekvondo üzrə gənclər arasında Avropa birinciliyinə start verilib. Azərbaycan Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışın ilk günü yığmamız üçün uğurlu alınıb.
Belə ki, 45 kq çəki dərəcəsində mübarizəyə qatılan Bəhruz Quluzadə rəqiblərinə şans verməyərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, finaladək Belçika (28:17), Böyük Britaniya (14:9), Rusiya (11:3) və Gürcüstan (10:10, qızıl xal) təmsilçilərini yarışdan kənarlaşdırıb. Həlledici döyüşdə rusiyalı Dmitri Şişkoya da qalib gələn həmyerlimiz yarışın qızıl medalını qazanıb.
Bununla da, Quluzadə Avropa birinciliyində ikinci dəfə çempionluq sevinci yaşayıb. O, 2015-ci ildə yeniyetmələr arasında Fransada təşkil edilən yarışda da fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı.
Qeyd edək ki, sayca 21-ci olan Avropa birinciliyi noyabrın 5-də başa çatacaq. Yarışda yığmamız 18 (10 oğlan və 8 qız) taekvondoçu ilə təmsil olunur.
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM