[b]Azərbaycanlı atletdən qızıl medal[/b]
02.07.2017 - 16:12
Azərbaycanlı atlet Ramil Quliyev növbəti dəfə beynəlxalq yarışda qızıl medal qazanıb. Apasport.az saytının məlumatına görə, Türkiyəni təmsil edən sprinter “Brilliant Liqa”nın qalibi olub.
200 metrə məsafəyə qaçışda bütün rəqiblərini qabaqlayan Ramil 20.15-lik nəticə göstərib.
Qeyd edək ki, İAAF-ın təşkil etdiyi “Brilliant Liqa”nın Fransa ayağında ikinciliyi hollandiyalı Çurandi Martina (20.27), üçüncülüyü isə yamaykalı Raşid Dauyev qazanıb (20.45).
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0