Bu gün bədii gimnastika üzrə Azərbaycan birinciliyi və bölgələrarası kubok yarışı start götürüb. Apasport.az saytının məlumatına görə, Milli Gimnastika Arenasında keçirilən yarış 3 gün davam edəcək.
Çempionat ərzində batutçular və tamblinqçilər də mübarizəyə qoşulacaqlar. Onlar ölkənin və Bakının ən güclüsünü müəyyənləşdirəcəklər.
Bədii gimnastların yarışında Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, “Ocaq Sport” və “Start” klubları, həmçinin Su İdman Sarayının idmançıları medallara iddia edəcəklər.
Artıq 4-cü dəfədi təşkil olunacaq bölgələrarası kubokda isə İsmayıllı, Göyçay, Gəncə, Qusar, Şirvan, Şağan, Kürdəmir, Naxçıvan, Mingəçevir, Xırdalan və Sumqayıt şəhərinin yetirmələri yer alacaqlar
Turnirin ən maraqlı məqamı isə son günə təsadüf edəcək. Belə ki, dekabrın 10-da “Qızıl Yaş” adlandırılmış şou xarakterli yarışlarda öz proqramlarını təqdim etmək üçün tamaşaçı qarşısına məhz məşqçilərimiz çıxacaq. Bir neçə il öncə gimnast karyerasına son qoyaraq məşqçi-müəllim kimi çalışmağa başlayan qızlarımız, yarış meydançasında öz məharətlərini göstərərək, yenidən o illərə qayıdacaqlar.
Batutçuların yarışında isə Gürcüstan təmsilçiləri də iştirak edəcəklər.
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb