[b]Boksçularımız Avropa çempionatından 2 medalla qayıdır[/b]
02.04.2018 - 09:19
Rumıniyanın Tırqu-Jiu şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı başa çatıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi yarışı 1 gümüş və 1 bürünc medalla başa vurub.
Çempionatın sonuncu günündə yığmamızın üzvü Tayfur Əliyev (56 kq) rumıniyalı Robert Eusebi Jitarunu sınağa çəkib. Gərgin keçən final döyüşü rəqibin qələbəsi ilə başa çatıb. Nəticədə Avropa Oyunlarının mükafatçısı yarışı ikinci pillədə bitirib.
Qeyd edək ki, Əliyevdən öncə Məhəmməd Abdullayev (+91 kq) bürünc medalı rəsmiləşdirmişdi.
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
0
0