Fevralın 19-25-də Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Strandja” turniri təşkil olunacaq. Apasport.az ABF-nın saytına istinadən xəbər verir ki, 69-cu dəfə keçiriləcək yarışda həm kişilər, həm də qadınlar 10 çəki dərəcəsi üzrə qalibləri müəyyənləşdirəcəklər.
Azərbaycan kişi boksçuların turnirində çıxış edəcək. Yığmamızın məşqçilər korpusu yarışda 7 idmançını sınaqdan keçirəcək. “Strandja” turnirində Araz İmaməliyev (49 kq), Məsud Yusifzadə (52 kq), Ümid Rüstəmov (56 kq), Sayad Lalayev (60 kq), Elvin İsayev (64 kq), Eldar Quliyev (81 kq) və Rahil Məmmədli (91 kq) mübarizə aparacaqlar. Ölkəmizi Bolqarıstanda hakim kimi Fikrət Hacıyev təmsil edəcək.
Yığmamız Boks Mərkəzindəki təlim-məşq toplanışını sabah başa vuracaq. Komandamız ilin ilk beynəlxalq yarışına fevralın 17-də gecə saatlarında yollanacaq.
Qeyd edək ki, “Strandja” turnirinə 34 ölkədən 300-dən artıq boksçunun qatılacağı gözlənilir.
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib