Litvanın paytaxtı Vilnüsdə gənc boksçular arasında Dan Poznyakın xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq turnir başa çatıb. Apasport.az Boks Federasiyasının rəsmi saytına istinadən məlumat verir ki, 13-cü dəfə keçirilən yarışda Azərbaycan millisi 7 medal qazanıb.
Belə ki, bütün rəqiblərinə qalib gələn Nurlan Səfərov (60 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız finalda məğlub olan Nəbi İsgəndərovla (56 kq) Zaur Musayev (81 kq) gümüş medalla kifayətləndiyi halda, Maqsud Xasmətov (49 kq), Həsən İbrahimov (52 kq), Nicat Həsənov (69 kq) və Məhəmməd Yusifov (75 kq) üçüncü yeri tutublar.
Yığmamız komanda hesabında 2-ci olub. Millimizi yalnız Rusiya boksçuları qabaqlayıblar.
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb