Martın 20-də Litvanın paytaxtı Vilnüsdə gənc boksçular arasında Dan Poznyakın xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq turnir start götürəcək. Apasport.az saytının məlumatına görə, 13-cü dəfə keçiriləcək yarışa Azərbaycan millisi də qatılacaq.
Komandamızın baş məşqçisi Vaqif Şirinov martın 25-dək davam edəcək turnirdə Maqsud Xasmətov (49 kq), Həsən İbrahimov (52 kq), Nəbi İsgəndərov (56 kq), Nurlan Səfərov (60 kq), Səbuhi Abışov (64 kq), Nicat Həsənov (69 kq), Məhəmməd Yusifov (75 kq), Zaur Musayev (81 kq), İsmayıl Yaqubov (91 kq) və Vüqar Səmədova (+91 kq) şans verəcək. Yarış Avropa birinciliyinə hazırlıq məqsədi daşıyır.
Turnirdə 20-dən artıq ölkənin iştirakı gözlənilir.
Qeyd edək ki, səfərə bu gün yollanacaq boksçularımız martın 25-də Vətənə dönəcəklər.
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib