[b]Cüdoçumuzdan qızıl medal[/b]
31.07.2017 - 00:04
Almaniyanın paytaxtı Berlində gənc cüdoçular arasında Avropa kuboku yarışına yekun vurulub. Apasport.az saytının məlumatına görə, mötəbər yarışın sonuncu günündə cüdoçularmız daha 2 medal qazanıblar.
100 kq çəki dərcəsində mübarizə aparan Zelim Kotsiyev bütün rəqiblərindən güclü olaraq Berlində növbəti dəfə Azərbaycan bayrağını dalğalandırıb.
Digər təmsilçimiz Naim Hüseynov (81 kq) Avropa kubokunun bürünc medalına sahib olub.
Qeyd edək ki, 37 ölkədən 513 (317 oğlan, 196 qız) idmançının qatıldığı mötəbər yarışda Azərbaycan millisi 20 cüdoçu (15 oğlan, 5 qız) ilə təmsil olunub.
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0