Fransanın paytaxtı Parisdə yunan-Roma, sərbəst və qadın güləşi üzrə keçirilən dünya çempionatı başa çatıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi mundialı 3 medalla başa vurub.
Belə ki, Firdovsi Umudovun rəhbərlik etdiyi sərbəst güləş üzrə yığmamız dünya çempionatında 1 qızıl və 1 bürünc mükafata sahib olub. Komandamızın heyətində 61 kq-da mübarizə aparan Hacı Əliyev qızıl medal və sərbəst güləş tarixində ilk üçqat dünya çempionu adını qazanıb. Aslanbek Alborov (97 kq) isə çempionatı 3-cü yerdə başa vurub.
Qadın güləşçilərimizin medal qazanmadığı yarışda yunan-Roma güləşi üzrə yığmamız cəmi 1 mükafata yiyələnib. Komandamıza bu sevinci Elvin Mürsəliyev (80 kq) yaşadıb. O, dünya çempionatındakı çıxışını bürünc medalla bitirib.
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM