Türkiyənin Antalya şəhərində gənc boksçular arasında keçirilən Avropa birinciliyində 1/4 final mərhələsinə yekun vurulub. Mərhələnin son günündə Azərbaycan millisinin 4 üzvü rinqə çıxıb. Onlardan daha 2-si yarımfinala yüksəlməklə, bürünc medalı təmin ediblər.
Belə ki, 49 kq çəki dərəcəsində mübarizə aparan Həsən İbrahimov Nikita Diniyevlə (Ukrayna) qüvvəsini sınayıb. Görüş boksçumuzun 5:0 hesablı qələbəsi ilə başa çatıb.
75 kq çəki dərəcəsində yığmamızın şərəfini qoruyan Amin Kuşkov da döyüşünü xeyrinə bitirib. O, fransalı Moreno Fenderonu 4:1 hesabı ilə məğlub edib.
Beləliklə, yarımfinala yüksələn boksçularımızın sayı 4-ə çatıb. Oktyabrın 27-də keçiriləcək döyüşlərdə Həsən İbrahimov (49 kq) Sahil Alahverdovı ilə (Gürcüstan), Amin Kuşkov (75 kq) İvan Papakinlə (Ukrayna), Surət Qarayev (81 kq) Ruslan Kolesnikovla (Rusiya) və Məhəmməd Abdullayev (+91 kq) Yosip Biletiçlə (Xorvatiya) üz-üzə gələcək.
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM