[b]Dəyişməz mövqelər[/b]
13.01.2018 - 12:23
Beynəlxalq İdman Atıcılıq Federasiyası yeni ilin ilk reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, yanvar üçün müəyyənləşən siyahıda Azərbaycan snayperləri də yer alıblar.
Güllə atıcılığı üzrə millimizin lideri Ruslan Lunyov dekabrla müqayisədə mövqeyini qoruyub. O, 25 m məsafəyə atəş açmada 8-ci, 10 m-də 28-ci pillədədi. Lunyovun aktivində müvafiq olaraq, 619 və 72 xalı var.
10 m məsafəyə atəş açmada qadınların siyahısında Nigar Nəsirova da yenə 53-cüdü. O, 16 xala malikdi.
Stend atıcılarının cədvəlinin ön sıralarında isə Azərbaycan idmançısı yer almayıb.
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
0
0