Gələn il Rusiyada keçiriləcək dünya çempionatına yollanacaq baş hakimlər müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, mundialın matçlarını 25 referi idarə edəcək.
Belə ki, ali futbol qurumu Rusiyaya yollanacaq bütün baş hakimlərin adlarını açıqlayıb. Həmin referilər aşağıdakılardı:
Avropa (9): Cüneyt Çakır (Türkiyə), Byorn Kuypers (Hollandiya), Canluka Rokki (İtaliya), Damir Skomina (Sloveniya), Yonas Eriksson (İsveç), Antonio Mateu Lahoz (İspaniya), Şimon Marçinyak (Polşa), Feliks Brix (Almaniya), Milorad Maziç (Serbiya)
Cənubi Amerika (5): Sandro Rikki (Braziliya), Nestor Pitana (Argentina), Uilmar Roldan (Kolumbiya), Enrike Kaseres (Paraqvay), Julio Baskunyan (Çili)
Asiya (4): Ravşan İrmatov (Özbəkistan), Alireza Faqani (İran), Navaf Şukralla (Bəhreyn), Ryuji Sato (Yaponiya)
Afrika (3): Bakari Qassama (Qambiya), Yanni Sikazve (Zambiya), Qehad Qrişa (Misir)
Şimali Amerika (3): Mark Geyqer (ABŞ), Joel Akvilar (Salvador), Sezar Ramos (Meksika)
Avstraliya (1): Matt Konqer (Yeni Zelandiya)
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib