Kişi boksçulardan ibarət Azərbaycan yığması dünya çempionatına hazırlığı davam etdirir. Apasport.az saytının məlumatına görə, Leonid Loivskinin başçılıq etdiyi komanda təlim-məşq toplanışının ikinci hissəsini bu gün başa vurub.
Sabah hazırlığın son mərhələsinə start veriləcək.
Yığmamız məşqlərini əvvəlki 2 mərhələdə olduğu kimi, Boks Mərkəzində keçəcək. Texniki-taktiki hazırlıqda mundiala qatılacaq Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) iştirak edəcəklər.
Dünya çempionatına lisenziya qazanan Abdulqadir Abdullayev (91 kq) isə toplanışdan kənar qalıb. Buna səbəb onun hazırlıqda zədələnməsidi. Abdullayevin müalicəsinə başlanılıb. Lakin onun zədə səbəbindən dünya çempionatına yollanması sual altına düşüb.
Üçüncü mərhələ başa çatdıqdan sonra yığmamız dünya çempionatının keçiriləcəyi Almaniyanın Hamburq şəhərinə yollanacaq.
Qeyd edək ki, avqustun 25-də start götürəcək mundial sentyabrın 3-də başa çatacaq.
Mənbə: abf.az
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib