Dünya Kubokunda iştirak edəcək sərbəst güləş üzrə Azərbaycan millisinin heyəti dəqiqləşib. Apasport.az saytının məlumatına görə, komandamızın baş məşqçisi Firdovsi Umudov bu gün keçirilən açıq məşqdə ABŞ-a aparacağı heyəti açıqlayıb.
Azərbaycan Güləş Federasiyanın vitse-prezidenti postunu da tutan mütəxəssis aprelin 7-də Ayova şəhərində start götürəcək Dünya Kubokunda Giorgi Edişeraşvili, Əfqan Xalaşov (hər ikisi 57 kq), Axmednabi Qvarzatilov (61 kq), Hacı Əliyev, Ağahüseyn Mustafayev (hər ikisi 65 kq), Coşqun Əzimov (70 kq), Hacımurad Omarov (74 kq), Cəbrayıl Həsənov (79 kq), Aleksandr Qostiyev (86 kq), Aslanbek Alborov (92 kq), Roman Bəkirov, Nurmaqomed Hacıyev (hər ikisi 97 kq) və Cəmaləddin Maqomedova (125 kq) güvənəcəyini bildirib.
Qeyd edək ki, yığmamız Dünya Kubokunun B qrupunda mübarizə aparacaq. Rəqiblərimiz Kuba, Qazaxıstan və Rusiya olacaq. ABŞ, İran, Gürcüstan və Yaponiya komandaları isə A qrupunda yarışacaq. Lakin Rusiya millisinə hələlik viza verilmədiyindən, İran isə yarışa qatılmaqdan imtina etdiyindən onları Monqolustan və Hindistan əvəzləyəcək. Şimal qonşularımızla bağlı məsələ tam yekunlaşdıqdan sonra asiyalılar 4-cü komanda kimi püşklə qruplara salınacaq.
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib