Fövqəladə Hallar Nazirliyinin (FHN) şahmat üzrə keçirdiyi çempionat bu gün başa çatıb. Apasport.az saytının məlumatına görə, İdman-Sağlamlıq Klubu və Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində baş tutan yarışda 17 komandanın 70-ə yaxın əməkdaşı mübarizə aparıb.
Beynəlxalq dərəcəli hakim Namiq İsmayılovla Vitali Sapranovun idarə etdiyi turnirdə fərdi və komanda hesabında qaliblər müəyyənləşib. 5 günlük mübarizənin ardından şəxsi yarışda çempion adına Orxan Əbilov (İzatop Xüsusi Kombinatı) yiyələnib. İkinci yeri Səmədağa Paşayev (Mülki Müdafiə Qoşunları), üçüncü pilləni Anar Seyidov (Əsaslı Tikinti İdarəsi) tutub.
Komanda hesabında isə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi bütün rəqiblərini qabaqlayıb. Gümüş medallara FHN-nin Akademiyası sahib olduğu halda, “üçlüy”ü Xüsusi Riskli Xilasetmə Xidmətinin işçiləri qapayıb.
FHN-in İdman-Sağlamlıq Klubunun rəisi, polkovnik Fizuli Musayev və FHN-in Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çempionatda fərqlənənləri təbrik edərək, onları diplom, medal, kubok və qiymətli hədiyyələrlə mükafatlandırıblar.
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb