Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilib. Apasport.az saytının məlumatına görə, həmyerlimiz UEG-in Xorvatiyanın Split şəhərində keçirilən XXVII Konqresində bu hüquqa yiyələnib.
Prezident seçkilərində Qayıbovun yeganə rəqibi Sloveniyanın Olimpiya Komitəsinin baş katibi Edvard Kolar olub. Konqres çərçivəsində təşkil edilən səsvermədə 28 nəfər həmyerlimin lehinə səs verib. Kolar isə 20 nəfərin etimadını qazanıb.
Beləliklə, son illərdə UEG-in vitse-prezidenti olan Qayıbov növbəti 4 ildə quruma rəhbərlik edəcək.
Qeyd edək ki, UEG-də 2009-cu ildən prezident postunu fransalı Jorj Gelzek tuturdu.
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib