[b]FİFA Braziliya – Xorvatiya matçının hesabını yazdı[/b]
12.06.2014 - 09:29
FİFA-nın rəsmi saytı böyük səhvə yol verib. Apasport.az saytının məlumatına görə, ali futbol qurumunun saytı Braziliyada keçiriləcək dünya çempionatının açılış matçı başlamamış hesabı qeyd edib.
Belə ki, Bakı vaxtı ilə saat 01:00-da başlayacaq Braziliya – Xorvatiya oyununun hesabı kimi 2:2 göstərilib. Ancaq bir müddətdən sonra bu səhv qismən düzəldilib. Hesab saytdan götürülsə də, bu dəfə də “full time” (matç başa çatıb – red.) sözünü silmək yaddan çıxıb.
Qeyd edək ki, hazırda FİFA-nın saytı bu səhvini tamamilə aradan qaldırıb.
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
0
0