Bolqarıstanın Varna şəhərində kişi və qadınlar arasında idman gimnastikası üzrə Dünya Kubokunun növbəti mərhələsi keçirilib. Azərbaycan Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, 20 ölkənin qatıldığı turnirdə yığmamız da iştirak edib.
Komandamızın heyətində Murad Ağarzayev, Bence Talas, Yulia İnşına, Marina Nekrasova və Yekaterina Tişkova yer alıblar. Gimnastlarımızdan Bence halqalarda finala yüksəlməyi bacarsa da, yekunda 13.700 xalla 8-ci olub.
Qadın idmançılarımızdan ən yaxşı nəticəni İnşına göstərib. Onun sərbəst hərəkətlərlə çıxışı 12.550 xalla qiymətləndirilib və gimnastımız 5-ci pillədə qərar tutub. Dayaqla tullanma hərəkətlərində də final mərhələsində çıxış edən Yulia 6-cı, komanda yoldaşı Marina isə 8-ci olub. Marinanın müxtəlif hündürlüklü qollardakı final çıxışı 8-ci, eyni zamanda Yulianın gimnastika tirində yekun çıxışı 8-ci yerlə nəticələnib.
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM