Latviyanın paytaxtı Riqada keçirilən bədii gimnastika beynəlxalq turnir başa çatıb. Azərbaycan Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, “Riga Spring” milli komandamızın üzləri də iştirak ediblər.
Gənclər arasında çıxış edən Dərya Farşbafşəhriyari halqa ilə hərəkətlərdə hakimlərdən 14,550 xal alıb və bürünc medala layiq görülüb. Gimnastımızın növbəti çıxışı isə ona gümüş medal qazandırıb. İdmançımızın topla çıxışının 15.550 xalla dəyərləndirilməsi onu yalnız Ukrayna gimnastından geri salıb.
O, komanda yoldaşı Arzu Cəlilova ilə birgə komanda yarışlarında da medal qazanıb. Bu dəfə gimnastlarımız fərdi proqramda çıxışlarının ümumi nəticələrinə əsasən bürünc medala layiq görülüblər.
Millimizin üzvləri eyni şəhərdə təşkil olunan “Baltic Hoop” yarışında da çıxış ediblər. Bu turnirdə böyüklər arasında ölkəmizi təmsil edən Zöhrə Ağamirova gürzlərlə çıxışına görə gümüş medal qazanıb. Digər gimnastımız Veronika Hudis isə ən yaxşı nəticəsini halqa ilə göstərək, 6-cı olub.
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb