Braziliyanın Salvador da Bahiya şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, sərbəst güləşçilərin yarışında böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında Arif Hüseynov (50 kq), Mahir Əmiraslanov (55 kq), Cahid Həsənzadə (60 kq), Teymur Məmmədov (66 kq), Murad Süleymanov (74 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (84 kq), Nurməhəmməd Hacıyev (96 kq) və Səid Həmidov (120 kq) iştirak edir.
Çempionatın beşinci günündə 50, 60, 74 və 96 kq çəkidə güləşçilər yarışıb. Güləşçilərimiz günü 1 qızıl və 1 bürünc medalla başa vurub. 50 kq çəkidə mübarizə aparan Arif Hüseynov Yaponiya və Qırğızıstan güləşçilərinə qalib gəlsə də, yarımfinalda İran güləşçisi ilə gərgin keçən görüşdə məğlub olub. Təmsilçimiz bürünc medal uğrunda Ermənistan təmsilçisi ilə görüşə çıxıb. Rəqibini 4:2 üstələyən Arif Hüseynov Dünya çempionatının bürünc medalına sahib olub.
60 kq-da yığmamızın üzvü Cahid Həsənzadə ilk görüşdə Ermənistan təmsilçisini vaxtından əvvəl məğlub edib. Ardıcna Ukrayna və Belarus güləşçilərini də üstələyən təmsilçimiz yarımfinalda İranlı rəqibinə uduzub. Cahid bürünc medal uğrunda görüşdə Rusiya təmsilçisinə uduzub və çempionatı 5-ci sırada tamamlayıb.
96 kq-da mübarizə aparan Nurməhəmməd Hacıyev finala qədər maneəsiz irəliləyib. Ardıcıl olaraq Rusiya, Finlandiya və Qazaxstan təmsilçiləri üzərində qələbə güləşçimizi finala yüksəldib. Həlledici görüşdə İran təmsilçisinə də şans verməyən Nurməhəmməd Hacıyev Dünya çempionatının qızıl medalına yiyələnib.
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib