Bakı-2015 I Avropa Oyunlarında idmançıların mübarizəsinə rəsmən yekun vurulub. Apasport.az saytının məlumatına görə, Oyunların son medalçıları çimərlik futbolçuları olub.
Bu gün Rusiya ilə İtaliya yığmaları arasında baş tutan final görüşündə qələbə qazanan (3:2) ruslar Oyunların 253-cü, yəni sonuncu qızıl medalına layiq görülüblər. Yarışın gümüş və bürünc mükafatlarını isə müvafiq olaraq, İtaliya və Portuqaliya milliləri qazanıblar.
Qeyd edək ki, Bakı-2015 I Avropa Oyunlarının ilk medalları iyunun 13-də dağ velosipedi idmanı növündə qazanılmışdı. Həmin vaxt isveçrəli Yolanda Neff qızıl medal qazanaraq, Oyunların ilk çempionu kimi tarixə düşüb. Digər isveçrəli Katrin Stirnemann gümüş, polşalı Maya Vloçovska isə bürünc medal əldə etmişdi.
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib