[b]İlham Zəkiyev: Mən öz yaramdan utanmıram[/b] - VİDEO
26.06.2015 - 21:36
[b]İlham Zəkiyev: Mən öz yaramdan utanmıram[/b] - VİDEO

“Cənab prezident İlham Əliyev qızıl medalı mənə təqdim edəndə ona dedim ki, əsgər Zəkiyev sizin verdiyiniz döyüş tapşırığını yerinə yetirdi”. Bunu apasport.az saytına Azərbaycanın paracüdo yığmasının üzvü İlham Zəkiyev deyib.

 

I Avropa Oyunlarında +90 kq çəki dərəcəsində mübarizə aparan Zəkiyev qızıl medal uğrunda görüşdə Ukrayna təmsilçisi Aleksandr Pominov üzərində qələbə qazanıb. O bildirib ki, ipponla qələbələri I Avropa Oyunlarına çox ciddi hazırlaşmağının nəticəsidi: “Mən bu məsuliyyəti dərk edirdim. Xırda zədələr olsa da, şükürlər olsun ki, qələbə qazanmağıma mane olmadı. Bütün Azərbaycan bu qızılı məndən gözləyirdi. I Avropa Oyunlarında cənab prezident İlham Əliyev və Bakı-2015-in Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva tərəfindən mənə xüsusi missiya tapşırılmışdı. Açılış mərasimində məşəli alovlandırdım. Atəşgahda məşəli yandıranda cənab prezidentə dedim ki, mən iyunun 26-da Silahlı Qüvvələr günündə qızıl medal qazancam. Ali Baş Komandana medal söz vermişdim. Bu qızıl medalı cənab prezidentə, Azərbaycana xalqına həsr edirəm. Bir də ki, oğlum Həmzənin 2 yaşı tamam olur. Atası tərəfindən bu medal ona ən böyük hədiyyədi”.

 

Zəkiyevin sözlərinə görə, finalda qarşılaşdığı Ukrayna təmsilçisi ilə iki il əvvəl Avropa çempionatının komanda yarışında üz-üzə gəlib: “Həmin vaxt hər komandada 5 cüdoçu mübarizə aparırdı. 2 idmançımız qalib gəlib, eyni sayda təmsilçimiz uduzmuşdu. Onunla qarşılaşdım, görüşümüz iki dəqiqə çəkmədi. Uddum onu və o, mənə dedi ki, məşq edib sənə qalib gələcəm. Mən də cavab verdim ki, get, məşq elə. Dünən tərəziyə çıxanda qolundan tutub dedim ki, məşq etmisən məni məğlub etməyə?! O da dedi ki, İlham, səni yenmək olar?”

 

Zəkiyev Qarabağa vuruşduğuna görə fəxr etdiyini qeyd edib: “Mən öz yaramdan utanmıram. Gözlərimin nurunu Azərbaycan torpaqlarının müdafiəsi uğrunda itirdiyimə görə fəxr edirəm”.

 

0