İngiltərə millisinin futbol üzrə 2018-ci il Dünya çempionatına hansı heyətlə yollanacağı hamıda maraq doğurur. Apasport.az saytının məlumatına görə, “Telegraph”da baş məşqçi Qaret Sautqeytin Rusiyada hansı futbolçulara şans verəcəyinə dair yazı yer alıb.
Nəşr iddia edir ki, Adam Lallana, Maykl Kin, Ceyk Livermor, Alfi Moson, Qari Kehill, Co Qomes və Nik Poup kimi isimlər yekun iştirak ərizəsindən kənar qalacaq.
“Telegraph”ın təxmininə görə, Sautqeyt Dünya çempionatında bu 23 futbolçunun xidmətindən istifadə edəcək:
Qapıçılar: Cordan Pikford, Cek Batlend, Co Hart
Müdafiəçilər: Kayl Uoker, Kiran Trippye, Rayan Bertrand, Denni Rouz, Erik Dayer, Con Stounz, Fil Cons, Harri Maquayr
Yarımmüdafiəçilər: Cordan Henderson, Cek Uilşir, Aleks Oksleyd-Çemberlen, Dele Alli, Rahim Sterlinq, Cessi Linqard, Fabian Delf, Eşli Yanq
Hücumçular: Harri Keyn, Ceymi Vardi, Markus Reşford, Denni Velbek
Qeyd edək ki, İngiltərə mundialdakı ilk matçını iyunun 18-də Volqoqradda Tunis yığmasına qarşı keçirəcək.
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb