Ukraynanın Xarkov şəhərində keçirilən kişi boksçular arasında Avropa çempionatında yarımfinalçıların adları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu gün keçirilən 1/4 final mərhələsində Azərbaycan yığmasının 5 üzvü qüvvəsini sınayıb və onlardan biri döyüşünü qələbə ilə başa vurub.
Belə ki, millimizin heyətində ilk olaraq rinqə Lorenzo Sotomayor çıxıb. 64 kq çəki dərəcəsində mübarizə aparan Olimpiya mükafatçımız Mateuş Polski (Polşa) ilə üz-üzə gəlib. Görüş rəqibin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Ardınca Kamran Şahsuvarlı (75 kq) gücünü yoxlayıb. Rio-2016-nın bürünc medalçısı Silvio Şyerle (Almaniya) ilə qüvvəsini sınayıb. Döyüş 4:1 hesabı ilə boksçumuzun xeyrinə başa çatıb. O, yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı da təmin edib.
Şahsuvarlı iyunun 23-də baş tutacaq 1/2 finalda macarıstanlı Zoltan Harcsa ilə qüvvəsini sınayacaq.
Abdulqadir Abdullayev ilk döyüşdəki uğurunu təkrarlaya bilməyib. 91 kq dərəcəsində yarışan boksçumuz 1/4 finalda Çeavan Klarka (İngiltərə) məğlub olub.
Yarımfinala gedən yolda Pərviz Bağırov (69 kq) da büdrəyib. Yevgeni Barabanovla (Ukrayna) qarşılaşan həmyermiz qalib gələ bilməyib – 0:3.
1/4 finalda son təmsilçimiz Məhəmmədrəsul Məcidov (+91 kq) isə fransalı Camili-Dini Aboudo-Moindzeyə məğlub olub. Rəqib 3:2 hesablı qələbə sayəsində mərhələ adlayıb.
Qeyd edək ki, 1/4 finalda mübarizə aparmış 5 boksçumuzun hər biri bu mərhələyə yüksəlməklə dünya çempionatında iştirak hüququ qazanmışdı.
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib