“Dünya Kubokunda mümkün qədər yaxşı çıxış etmək istəyirəm. Bizi çox maraqlı və gərgin mübarizə gözləyir”. Apasport.az saytının məlumatına görə, bunu Ermənistan millisi şahmatçısı Levon Aronyan deyib.
Dünya Kubokunda iştirak edəcək Ermənistan yığması az öncə Bakıya gəlib. Yarışın mətbuat xidmətinə açıqlama verən Aronyan bildirib ki, sentyabrın 10-dan oktyabrın 4-dək keçiriləcək yarışda onları çox maraqlı və gərgin mübarizə gözləyir: “Bütün şahmatçılar Bakıya iddialı gəlib. Əsas rəqiblərim arasında yerli şahmatçılardan Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov da var. Bakı haqqında dostlar mənə çox şeylər danışıblar. Turnirin sonuna yaxın imkan olsa şəhəri görmək maraqlı olardı. Mənim müəllimlərim arasında əslən Bakıdan olanlar da olub”.
Qeyd edək ki, Ermənistan millisi Dünya Kubokunda 4 şahmatçı ilə təmsil olunacaq.
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib