Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess 2018” superturnirinin iştirakçıları və təşkilatçılar arasında futbol turniri keçirilib. Turnirin mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, Şəmkir Olimpiya İdman Kompleksində təşkil olunan yarışda 4 komanda mübarizə aparıb.
Azərbaycan və xarici şahmatçılardan ibarət komandalarla yanaşı, “ShamkirChess 2018” superturnirinin təşkilatçılarından formalaşan iki kollektiv çıxış edib. Final oyununda Azərbaycan komandasıyla heyətində xarici şahmatçıların çıxış etdiyi “Dünya yığma”sı üz-üzə gəlib. Maraqlı anlarla yadda qalan həlledici görüş “Dünya yığma”sının 2:1 hesablı qələbəsiylə yekunlaşıb. Bu komandanın hər iki qolunu Maqnus Karlsen vurub. Ümumilikdə norveçli şahmatçı 6 qolla yarışın bombardiri olub.
Sonda qalib komanda kubokla mükafatlandırılıb.
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb