Berlində şahmat tacına iddiaçıların turniri davam edir. Apasport.az saytının məlumatına görə, bu gün XI turun oyunları keçirilir.
Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov autsayderlər zonasında qərarlaşan rəqibi ilə üz-üzə gəlib. Belə ki, şahmatçımız ABŞ-lı Uesli So ilə görüşüb. Qara fiqurlarla mübarizə aparan Məmmədyarov görüşü sülhlə başa vurub.
Bu şahmatçıların ilk dövrədəki duelində bərabərlik qeydə alınıb.
İddiaçılar turniri
XI tur
Liren Dinq (2769, Çin) - Aleksandr Qrişuk (2767, Rusiya) - 0.5:0.5
Uesli So (2799, ABŞ) - Şəhriyar Məmmədyarov (2809, Azərbaycan) - 0.5:0.5
Fabiano Karuana (2784, ABŞ) - Vladimir Kramnik (2800, Rusiya) - 0.5:0.5
Levon Aronyan (2794, Ermənistan) - Sergey Karyakin (2763, Rusiya) - 0:1
Turnir cədvəli: Karuana - 7 xal; Məmmədyarov - 6.5; Qrişuk, Karyakin – 6; Dinq - 5.5; Kramnik – 5; So - 4.5; Aronyan – 3,5
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb