Lionel Messi haqqında ortaya şok iddia atılıb. Apasport.az xəbər verir ki, Argentina mətbuatı DÇ-2014-də çıxış edən milli komandanın heyətinin ulduz futbolçu tərəfindən müəyyənləşdirildiyini yazıb.
Amma Messinin komanda yoldaşı Xavier Maskerano bunu təkzib edib. Yarımmüdafiəçi “Messini çox yaxşı tanıyıram, o, komanda yoldaşları arasında seçim etməz” - deyə, ulduz futbolçunu müdafiə edib.
Maskerano oyunlara çıxarkən bütün tapşırıqları baş məşçi Alexandro Sabelya tərəfindən aldıqlarını bildirib: “Bizə bütün tapşırıqları Alexandro Sabelya verir. Bosniya və Herseqovina millisinə qarşı oyunda da 4-3-3 taktikası ilə oynamağımızı baş məşqçimiz tapşırmışdı”.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı