Yunanıstanın Krit adasında şahmat üzrə komandalararası Avropa çempionatının ikinci turu keçirilib. Apasport.az saytının məlumatına görə, qitə birinciliyində millimiz qadınlar və kişilərdən ibarət komanda ilə iştirak edir.
Mötəbər yarışın ikinci turunda kişilərdən ibarət yığmamız Avstriya, xanım şahmatçılarımız isə Macarıstan ilə qarşılaşıblar.
Şəhiyar Məmmədyarov, Arkadi Naydiç, Rauf Məmmədov və Qədir Hüseynovdan ibarət kişi millimiz rəqibinə aman verməyib – 4:0.
Qadınlar yığmamız isə Macarıstana uduzub – 1.5:2.5.
Komandalararası Avropa çempionatı
II tur
Kişilər
Azərbaycan – Avstriya – 4:0
1. Şəhriyar Məmmədyarov (2791) – Markus Ragger (2659) – 1:0
2. Arkadi Naydiç (2702) – David Şengelia (2556) – 1:0
3. Rauf Məmmədov (2678) – Valentin Draqnev (2466) – 1:0
4. Qədir Hüseynov (2647) – Andreas Diermayer (2488) – 1:0
Turnir cədvəli: 1. Macarıstan, 2. Hollandiya, 3. Ermənistan – hamısı 4 xal … 15. Azərbaycan – 2 xal.
Qadınlar
Azərbaycan – Macarıstan – 1.5:2.5
1. Günay Məmmədzadə (2393) – Tanq Tranq Hoanq (2438) – 1:0
2. Zeynəb Məmmədyarova (2298) – Szidonia Lazarne Vayne (2364) – 0:1
3. Fətəliyeva Ülviyyə (2348) – Petra Papp (2326) – 0:1
4. Gülnar Məmmədova (2385) – Anita Qara (2382) – 0.5:0.5
Turnir cədvəli: 1. İsrail, 2. Gürcüstan, 3. İspaniya – hamısı 4 xal… 14. Azərbaycan – 2 xal.
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM