Yunanıstanın Krit adasında şahmat üzrə komandalararası Avropa çempionatının üçüncü turu keçirilib. Apasport.az saytının məlumatına görə, qitə birinciliyində millimiz qadınlar və kişilərdən ibarət komanda ilə iştirak edir.
Mötəbər yarışın üçüncü turunda kişilərdən ibarət yığmamız İspaniya, xanım şahmatçılarımız isə Belarus millisi ilə qarşılaşıblar.
Şəhiyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç və Rauf Məmmədovdan ibarət kişi millimiz rəqibi ilə bərabərliyə razılaşıb – 2:2.
Qadınlar yığmamız da heç-heçə ilə barışıb – 2:2.
Komandalararası Avropa çempionatı
III tur
Kişilər
İspaniya – Azərbaycan – 2:2
1. David Anton Quixarro (2651) – Şəhriyar Məmmədyarov (2791) – 1:0
2. İvan Salqado Lopez (2629) – Teymu Rəcəbov (2741) – 0.5:0.5
3. Oleq Korneyev (2557) – Arkadi Naydiç (2702) – 0:1
4. Xose Karlos İbarra Xeres (2561) – Rauf Məmmədov (2678) – 0.5:0.5
Turnir cədvəli: 1. Rusiya – 6 xal, 2. Macarıstan, 3. Almaniya – hər ikisi 5 xal … 19. Azərbaycan – 3 xal.
Qadınlar
Belarus – Azərbaycan – 2:2
1. Nastasiya Zazulkina (2369) – Günay Məmmədzadə (2393) – 0:1
2. Olqa Badelka (2352) – Zeynəb Məmmədyarova (2298) – 1:0
3. Tatyana Revo (2097) – Fətəliyeva Ülviyyə (2348) – 0:1
4. Yana İliçuk (1992) – Gülnar Məmmədova (2385) – 1:0
Turnir cədvəli: 1. Gürcüstan, 2. İspaniya, 3. Polşa – hamısı 6 xal… 16. Azərbaycan – 3 xal.
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib