Yunanıstanın Krit adasında şahmat üzrə komandalararası Avropa çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, qitə birinciliyində millimiz qadınlar və kişilərdən ibarət komanda ilə iştirak edir.
Mötəbər yarışın ilk turunda kişilərdən ibarət yığmamız İtaliya, xanım şahmatçılarımız isə Litva ilə qarşılaşıblar.
Teymur Rəcəbov, Arkadi Naydiç, Rauf Məmmədov və Qədir Hüseynovdan ibarət kişi millimiz İtaliyaya uduzub – 1.5:2.5.
Qadınlar yığmamız isə Litvanı məğlub edib – 2.5:1.5.
Komandalararası Avropa çempionatı
I tur
Kişilər
İtaliya – Azərbaycan – 2.5:1.5
1. Daniele Vokaturo (2607) – Teymur Rəcəbov (2741) – 0.5:0.5
2. Sabino Brunello (2555) – Arkadi Naydiç (2702) – 1:0
3. Danil Dvirni (2542) – Rauf Məmmədov (2678) – 0:1
4. Luka Moroni (2506) – Qədir Hüseynov (2647) – 1:0
Qadınlar
Litva – Azərbaycan - 1.5:2.5
1. Deymante Kornette (2404) – Günay Məmmədzadə (2393) – 1:0
2. Salomeya Zaksayte (2272) – Zeynəb Məmmədyarova (2298) – 0:1
3. Simona Kiseleva (2241) – Gülnar Məmmədova (2385) – 0.5:0.5
4. Saule Qaylunat (1838) – Xanım Balacayeva (2319) – 0:1
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM