Mayın 10-13-də Rusiyanın Kazan taekvondo üzrə Avropa çempionatı keçiriləcək. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışa Azərbaycan millisi də qatılacaq.
Belə ki, çempionat öncəsi qurumun inzibati binasında yarışa yollanacaq komanda ilə görüş keçirilib. İclasda ATF-in vitse-prezidentləri Nağı Səfərovla Niyaməddin Paşayev və baş katib Həmdiyyə Məmmədov iştirak ediblər. Federasiya rəsmiləri İsveçrənin Montre şəhərində keçirilən son Avropa çempionatında Milad Beigi Harçeqaninin qızıl, Patimat Abakarovanın gümüş, Payam Qobadi Oğazın bürünc medal qazandıqlarını xatırlayaraq, bu dəfə də uğurlu çıxış edəcəklərinə inam ifadə ediblər.
Ardınca yığmalarımızın heyəti açıqlanıb. Kazanın “Ak Bars” İdman Arenasında baş tutacaq qitə çempionatında ölkəmizi 15 taekvondoçu təmsil edəcək. Kişilərdən ibarət millimizin baş məşqçisi Reza Mehmandost Kazanda Xanoğlan Kərimov (54 kq), Qaşım Maqomedov (58 kq), Xanrul Fətullayev (63 kq), Məhəmməd Məmmədov (68 kq), Səid Quliyev (74 kq), Milad Beiqi Harçeqani (80 kq), Ramin Əzizov (87 kq) və Radik İsayevə (+87 kq) şans verəcək.
Qadınlardan ibarət komandamızın baş məşqçisi Elnur Amanov Fatimə Şabannya Mansur (46 kq), Patimat Abakarova (49 kq), Sahar Karqar (53 kq), Mahtap Kiyaniçande (57 kq), Fəridə Əzizova (67 kq), Elvarə Cəlilova (73 kq) və Zəhra Fazil Kalxorananı (+73 kq) sınaqdan keçirəcək.
Gündüz Abdullayev isə yarışa hakim kimi qatılacaq.
Qeyd edək ki, komandamız səfərə ATF-in vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi altında mayın 7-də yollanacaq. Yığmamız mayın 14-də isə Vətənə dönəcək.
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb