Milli Xokkey Liqasının (NHL) çempionatında konfrans yarımfinalları davam edir. Apasport.az saytının məlumatına görə, növbəti oyun günündə 2 qarşılaşma keçirilib.
Şərq konfransında "Boston Bryuinz" "Toronto Mepl Lifs"i qəbul edib. Qalib gələn Kanada təmsilçisi seriya hesabında önə keçib.
Qərb konfransında "Veqas Qolden Nayts" "San-Xose Şarks"ın qonağı olub. "Şarks" xokkeyçiləri qələbə qazanaraq, seriyaya tarazlıq gətirib.
NHL
Pley-off
Şərq konfransı, yarımfinal
"Boston Bryuinz" - "Toronto Mepl Lifs" - 1:4
Seriyada hesab: 2-1 ("Toronto")
Qərb konfransı, yarımfinal
"San-Xose Şarks" - "Veqas Qolden Nayts" - 4:0
Seriyada hesab: 2-2
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb