Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, “Masters” turnirinin yekununa əsasən dekabr üçün açıqlanan siyahıda Azərbaycan millisinin bəzi aparıcı idmançıları mövqelərini itiriblər.
Belə ki, təmsilçilərimizdən ən çox geriləyən Nicat Şıxəlizadə (66 kq) olub. Həmyerlimiz 8 rəqibini özündən irəli buraxaraq, 14-cü yerə enib. Orxan Səfərov (60 kq) da mövqeyini itirənlər sırasındadı. Cüdoçumuz 2-ci yerdən 6-ya düşüb. Onlarla yanaşı, Rüstəm Orucovla (73 kq) Rüfət İsmayılov (81 kq) hərəyə 1 pillə geriləyiblər. Olimpiya mükafatçımız son siyahıda 3-cü, digər idmançımız 25-cidi.
Bu cüdoçulardan fərqli, Vüqar Şirinli (60 kq), Hidayət Heydərov (73 kq), Tural Səfquliyev (90 kq), Elxan Məmmədov (100 kq) və İrina Kindzerska (+78 kq) yerlərini qoruyublar. Onlar müvafiq olaraq, 30-cü, 4-cü, 17-ci, 4-cü və 7-ci pillədə qərar tutublar.
Təmsilçilərimizdən Uşanqi Kokauri (+100 kq) 2 rəqibini qabaqlayıb. O, 18-ci yerə yüksəlib. Həmçinin Məmmədəli Mehdiyevlə (90 kq) müəyyən müddətdən sonra milliyə dönən Elmar Qasımov (100 kq) da hərəyə 1 pillə irəliləyiblər. Onlardan birincisi 10-cu, ikincisi 6-cı yerə qalxıb.
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb