“Bakı Avropa Oyunlarının tarixində əbədi rol oynayacaq”. Apasport.az saytının məlumatına görə, bunu Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki deyib.
AOK prezidenti bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, ilk qitəmiqyaslı Oyunların təşkilatçısı olan Azərbaycan bundan sonrakı yarışlarının da rəmzi start nöqtəsi olacaq.
Belə ki, I Avropa Oyunlarında olduğu kimi, hər 4 ildən bir təşkil olunacaq yarışların məşəli Bakıda yandırılacaq. Atəşgah məbədində alovlandırılacaq məşəl təşkilatçı ölkəyə Bakıdan aparılacaq.
Hikki söyləyib ki, artıq bu barədə qərar da verilib: “Avropa Olimpiya Komitəsi də bununla bağlı qərar verdi. Bu amil özünü doğruldur. Məşəlin burdan götürülməsi gözəl olardı”.
Qeyd edək ki, Olimpiya Oyunlarının məşəli də daim eyni ölkədə - Yunanıstandakı Olimp dağında alovlandırılır.
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib