Dünya Taekvondo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Olimpiya çəkiləri üzrə açıqlanan “Top-10”u Azərbaycan üçün uğurlu saymaq olar.
Noyabr üçün tərtib olunan siyahıda yığmamızın bu dəfə 3 taekvondoçusu yer alıb. Belə ki, Rio-2016-nın qalibi Radik İsayev +80 kq çəki dərəcəsində yenə də birincidi. O, 34,66 reytinq xalı itirsə də, mövqeyini əldən verməyib. Aktivində 437.70 xalı olan dünya və Avropa çempionumuz ən yaxın izləyicisi Abdul İssfu (Niger) 58,29 xal qabaqlayır.
Dünya çempionumuz Milad Beiqi Harçeqani (80 kq) də reytinqdə hamıdan öndədi. Liderliyini qoruyan Olimpiya mükafatçımız ikinci yerdə olan Şeyx Saleh Junior Sissedən (Fil Dişi Sahili) 30.22 xal öndədi – 472,36.
68 kq çəki dərəcəsində yığmamızın lideri Ayxan Tağızadə isə 1 pillə geriləyib. 7-ci yerə enən həmyerlimiz 207,69 xala malikdi.
Qadınlardan ibarət millimizin lideri Fəridə Əzizova (67 kq) isə ötən ay “Top-10”a qatsa da, bu dəfə ən güclülərin siyahısını tərk edib.
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM