Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, iyulun yekunlarının da nəzərə alındığı avqust cədvəlinin “Top-100”ündə Azərbaycanın 4 qrossmeysteri yer alıb.
Təmsilçilərimiz arasında ən yaxşı nəticə Şəhriyar Məmmədyarova məxsusdu. 32 yaşlı şahmatçının reytinq xalı azalıb. 3 xal itirən Şəhriyar 2787 xalla 6-cı sırada qərarlaşıb. Mövqeyini qoruyan həmyerlimiz Maqnus Karlsen (Norveç, 2822), Uesli So (ABŞ, 2810), Fabiano Karuana (ABŞ, 2807), Vladimir Kramnik (Rusiya, 2803) və Levon Aronyandan (Ermənistan, 2799) geri qalır.
Yığmamızın digər üzvlərindən Teymur Rəcəbov 22-ci (2742), Arkadi Naydiç 35-ci (2710), Rauf Məmmədov 63-cü (2680) yerdə qərarlaşıb. Teymur 10, Arkadi 3 pillə irəliləyib. Rauf isə mövqeyində qalıb. Qədir Hüseynov “Top-100”ə daxil olub. Onun hesabında 2654 xal var.
Qadınların cədvəlində ən güclülər arasında təmsilçilərimizdən yalnız Günay Məmmədzadə yer alıb. O, 2393 xalla 71-cidi. Şahmatçımız 2 pillə irəliləyib. Bu siyahıya isə yenə çinli Yifan Hou (2652) başçılıq edir.
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM