Avstriyanın Obervart şəhərində cüdo üzrə Avropa açıq turnirinə start verilib. Apasport.az saytı xəbər verir ki, yarışın ilk günü Azərbaycan milli komandası və “Qəbələ” İdman Klubunun cüdoçuları Mehman Sadıqov və Vüqar Şirinli üçün uğurlu alınıb.
60 kq çəki dərəcəsində mübarizə aparan Sadıqov bütün rəqiblərinə qalib gələrək çempion olub. O, avstriyalı Valentino Krnjiç, qazaxıstanlı Bauyrjan Narbayev və mərakeşli İssam Bassou üzərində qələbə əldə etməklə yarımfinala yüksəlib. Bu mərhələdə yaponiyalı Tatsuhiko Yamamoto, finalda rusiyalı Qamzat Zairbekovla görüşən Mehman bu qarşılaşmalardan da qalib ayrılıb.
66 kq çəki dərəcəsində çıxış edən Vüqar isə avstriyalı Stefan Kudera və gürcüstanlı Laşa Qiunaşviliyə qalib gəlsə də, fransalı Kevin Azemaya uduzub. Təsəlliverici döyüşdə italiyalı Matteo Piras, bürünc uğrunda qarşılaşmada isə almaniyalı Manuel Şeybelə qalib gələn Şirinli 3-cü yeri tutub.
gabalafc.az
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb