Almaniyanın Hamburq şəhərində keçirilən dünya çempionatında Azərbaycan millisinin daha 2 boksçusunun ilk rəqibi dəqiqləşib. Apasport.az-ın Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, 64 kq çəki dərəcəsində rinqə çıxacaq Lorenzo Sotomayor 1/8 finalda Eslam Muhamedlə (Misir) gücünü yoxlayacaq.
Olimpiya mükafatçımızın rəqibinin adı mundialın startı günü məlum olub.
1/16 finalda Nurlan Kobaşevi (Qırğızıstan) 3:2 hesabı ilə məğlub edən Muhamed mərhələ adladığından Sotomayorla qarşılaşacaq. İlk mərhələdən azad olan təmsilçimiz misirli boksçu ilə sabah döyüşəcək.
75 kq çəki dərəcəsində mübarizə aparacaq Kamran Şahsuvarlı isə 1/8 finalda Maks Van der Pasla (Hollandiya) üz-üzə gələcək. Avropa çempionatının gümüş medalçısının rəqibinin adına 1/16 final döyüşündən sonra aydınlıq gəlib. Lester Martinesi (Qvatemala) yarışdan kənarlaşdıran hollandiyalı (3:2) ilk mərhələdən azad olan həmyerlimizlə qarşılaşmaq hüququ qazanıb. Şahsuvarlının da ilk döyüşü avqustun 27-də olacaq.
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM