Aprelin 3-də Azərbaycan Taekvondo Federasiyasında (ATF) ölkəmizdə 11 aprel prezident seçkiləri ilə bağlı toplantı keçirilib. Federasiyadan apasport.az saytına verilən məlumata görə, ATF rəhbərliyi, məşqçi-müəllimlər, eləcə də idmançıların iştirak etdiyi tədbirdə çıxış edən vitse-prezidentlər Nağı Səfərov, Niyaməddin Paşayev və baş katib Həmdiyyə Məmmədov respublikamızda bütün sahələrdə olduğu kimi idman sahəsində də aparılan islahatlardan danışıb, Prezident İlham Əliyev tərəfindən idmana və idmançılara göstərilən diqqət və qayğını yüksək qiymətləndirib.
Səfərov vurğulayıb ki, dövlətimizin başçısının idmanın inkişafı, cəmiyyətdə idmançıların nüfuzunun artırılması istiqamətində həyata keçirdiyi siyasət idmançılar tərəfindən böyük rəğbətlə qarşılanır. Ölkəmizdə keçirilən tədbirlər buna bariz nümunədi.
Vitse-prezident taekvondoçuların da qarşıdakı prezident seçkilərində İlham Əliyevi dəstəkləyəcəklərinə əminliyini ifadə edib. Çıxış edən idmançılardan dünya və Avropa çempionları, Olimpiya mükafatçıları da Prezident İlham Əliyevin siyasətini dəstəkləyir və seçkilərdə cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb