Avropa Taekvondo Birliyinin təşkilatçılığı ilə təşkil olunan gənclər arasında Avropa birinciliyi başa çatıb. Apasport.az saytının məlumatına görə, sayca 21-ci olan və 700-dən çox idmançının iştirak etdiyi yarışda gənclərdən ibarət milli komandamız uğurlu çıxış edərək 1 qızıl və 1 bürünc medal qazanıb.
Baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədovun yetirmələrindən Bəhruz Quluzadə (45 kq) “qızı”, Cavad Ağayev (63 kq) isə “bürünc” əldə edib.
Qeyd edək ki, dörd gün ərzində (2-5 noyabr) davam edən Avropa birinciliyi Kipr respublikasının Larnaka şəhərində, “Kision Athletic Center” arenasında keçirilib.
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM