Cənubi Koreyanın Muju şəhərində taekvondo üzrə keçirilən dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, bu gün Azərbaycan millisinin daha 2 idmançısı mübarizəyə qoşulub.
63 kq çəki dərəcəsində dayan üzərinə çıxan Məhəmməd Məmmədov mundiala uğurla start verib. O, öncə Sərdar Tahirovu (Özbəkistan) 10:3, ardınca Maktar Əl Məhəmməd Diaonu (Seneqal) 26:6 hesabı ilə məğlub edib. Həmyerlimiz 1/8 finalda portuqaliyalı Nuno Kosta üzərində də inamlı qələbə qazanıb – 35:17.
Məmmədov yarımfinala gedən yolda Bolat İzutdinovla (Rusiya) üz-üzə gəlib. Taekvondoçumuz bu döyüşü də aktivinə yazıb. O, rəqibini 11:7 hesabı ilə məğlub edib.
Məhəmməd 1/2 finalda iranlı Mirhaşim Husseyni ilə döyüşəcək. Yarımfinal və final qarşılaşmaları isə sabah olacaq.
Məmmədovdan fərqli, bu gün mübarizəyə qoşulan Yaprak Eriş mundialla vaxtından əvvəl vidalaşıb. 57 kq çəki dərəcəsində döyüşən təmsilçimiz ekvadorlu Dayana Seniyə qalib gəlsə də (13:2), ikinci döyüşündə Skilar Parka (Kanada) məğlub olub (14:26).
Qeyd edək ki, sabah Milad Beiqi Harçeqani də (80 kq) dayanq üzərinə çıxacaq.
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM