Fanat.az 9 yaşını qeyd edir. 10 il əvvəl - 2007-ci ilin 5 oktyabrında "Qaynarinfo" saytının tərkibində sport.qaynar.info kimi fəaliyyətə başlayan sayt 2008-ci ilin 10 oktyabrından etibarən müstəqil domen olaraq fəaliyyət göstərir.
Fanat.az Azərbaycanın ilk milli xəbər portalıdı. Ondan əvvəl rusdilli portallar, həmçinin Azərbaycan dilində agentliklərin və digər saytların idman əlavələri fəaliyyət göstərsə də, Azərbaycan dilində ilk idman portalı Fanat.az olub. Fanat.az-ın fəaliyyətə başlamasından sonra bu sahəyə diqqət artıb və onlarla yeni saytlar yaranıb.
Fanat.az yarandığı gündən futbolsevərlərin sevimli xəbər saytına çevrilib. İlk gündən eksklüziv xəbərləri, maraqlı müsahibləri, ölkənin tanınmış köşə yazarlarının yazıları ilə oxucularının görüşünə gələn Fanat.az 9 ildə öz yoluna sadiq qalıb və oxucusunun, futbol azarkeşinin maraqlarına xidmət edib.
Fanat.az 2010-cu ildə "İlin ən yaxşı idman saytı" seçilib. Extratime.az saytının keçirdiyi sorğuda 1600 səsdən 36 faizini toplayan Fanat.az 17 idman saytı arasında birinci olub.
Apasport.az saytının kollektivi fanat.az saytına çalışan həmkarlarını təbrik edir, işlərində müvəffəqiyyət arzulayır.
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM